Menyu

XRİTDX vətəndaşlara xəbərdarlıq edib

Operativ Media
XRİTDX vətəndaşlara xəbərdarlıq edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, xəbərdarlıqda deyilir:

"Məlumat üçün bildiririk ki, son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyən edilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilmişdir. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə də ictimaiyyətə təqdim olunmuşdur.

Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az – vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edirik".

Əlaqəli Xəbərlər