Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu 7,6 milyondan çox sərnişinə xidmət göstərib
Operativ Media
2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən artıq sərnişinə xidmət göstərilib.
Hava limanından Operativ Media-ya verilən məlumata görə, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub.
Məlumata görə, bu həcmin 51,2%-i xarici aviaşirkətlərin payına düşüb.
Qeyd olunub ki, aeroportdan 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər həyata keçirilib, ən populyar istiqamətlər isə İstanbul, Tbilisi və Dubay olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma