Menyu

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib

Operativ Media
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər