"Roma" yeni hücumçu ilə gücləndi
Operativ Media
İtaliyanın “Roma” klubu heyətini Fransanın “Marsel” komandasında çıxış edən gənc hücumçu Robinyo Vazla gücləndirib.
Operativ Media-nın məlumatına görə, paytaxt təmsilçisinin mətbuat xidməti transferin rəsmiləşdiyini açıqlayıb.
18 yaşlı fransalı futbolçu ilə bağlanan müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, “Transfermarkt” portalında Robinyo Vazın bazar dəyəri 10 milyon avro olaraq göstərilir. Gənc forvard 2025/2026 mövsümündə meydana çıxdığı 10 oyunda 4 dəfə fərqlənib, həmçinin 2 qolun ötürməsini verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net