Menyu

Qazaxıstan pilotsuz sistemlərin inkişafı üzrə planı təsdiqləyib

Nicat Hüseynli
Qazaxıstan pilotsuz sistemlərin inkişafı üzrə planı təsdiqləyib
1 dəq oxu

Qazaxıstan 2026–2029-cu illərdə pilotsuz sistemlərin inkişafı üzrə hərtərəfli planı təsdiqləyib. Sənəd yerli istehsalın genişləndirilməsini, rəqəmsal infrastrukturun qurulmasını və mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Operativ Media xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

Məlumata görə, hökumət qərarını oktyabrın 13-də Baş nazir Oljas Bektenov imzalayıb.

Plana əsasən, pilotsuz sistemlər üçün vahid rəqəmsal platforma yaradılacaq, ən azı iki tədqiqat mərkəzi qurulacaq və 1 000-dən çox mütəxəssis hazırlanacaq. Dron texnologiyalarının kənd təsərrüfatı, nəqliyyat, logistika və sənayedə tətbiqi də nəzərdə tutulur.

Əlaqəli Xəbərlər