Azərbaycanda enerji effektivliyi informasiya sistemi yaradılır
Operativ Media
Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə 23 dekabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Operativ Media xəbər verir ki, fərmana əsasən, Azərbaycanda enerji effektivliyi informasiya sistemi yaradılır.
Sistemin sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.