Menyu

Deputat: "TRIPP marşrutu" Rusiya və İran üçün qlobal bazarlara çıxışda alternativ tranzit-nəqliyyat vasitəsidir

Şəfa Hüseynli
Deputat: "TRIPP marşrutu" Rusiya və İran üçün qlobal bazarlara çıxışda alternativ tranzit-nəqliyyat vasitəsidir

Regionda sülh, sabitlik və iqtisadi inteqrasiyanı təşviqetmək məqsədi daşıyan TRIPP layihəsi dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həyata keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, xüsusilə, ikinci məqam Ermənistan daxilində revanşist qüvvələrin ram edilməsi üçün əsaslı arqumentdir. Eləcə də, bununla İran və Rusiyada müəyyən qüvvələrin iddialarının əsassız olduğu bir daha təsdiqlənir.

Deputat bildirib ki, digər tərəfdən Zəngəzur dəhlizi - TRIPP marşrutu Rusiya və İran üçün qlobal bazarlara çıxışda alternativ tranzit-nəqliyyat layihəsi kimi əhəmiyyətə malikdir. Dəhlizin reallaşdırılmasının qarşısının alınması isə ABŞ-lə üz-üzə gəlmək riskini özündə ehtiva edir.

"Xüsusi vurğulamaq lazımdır ki, TRİPP marşrutu məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsi ilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır.

Bu, Paşinyan hökumətinə tam aydındır. Bütün hallarda dövlətimiz üçün prioritet məsələ Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsidir.

Orta Dəhlizin vacib seqmenti kimi Zəngəzur dəhlizinin 2028-ci ilin sonunadək reallaşacağı təqdirdə regionu qlobal nəqliyyat-loqistika xəritəsində mühüm mərkəzə çevirəcək.

Bu kontekstdə 2026-cı il yanvarın 13-də dövlət katibi Rubio və nazir Mirzoyanın görüşündən sonra bəyan olunan TRİPP çərçivə sənədi 2025-ci il avqustun 8-də Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin, eləcə də ABŞ Prezidentinin şahid kimi imzaladıqları Birgə Bəyannamədən sonra real fəaliyyətə start veriləməsi baxımından ikinci Vaşinqton razılaşması kimi əhəmiyyətlidir.

Şanlı Zəfərimizin nəticəsində Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar həmçinin, geniş ticarət vənəqliyyat potensialının inkişafı üçün də zəmin yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək".- Rizvan Nəbiyev qeyd edib.

Əlaqəli Xəbərlər