Menyu

ASCO: Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib

Operativ Media
ASCO: Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4476 avtomobil daşınıb.

ASCO-dan Operativ Media bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.

2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.

 

Əlaqəli Xəbərlər