Ötən gün Nərimanovda ölümlə nəticələnən motosiklet qəzasının görüntüləri - VİDEO
Operativ Media
Ötən gün Nərimanov rayonunda baş verən qəzada motosiklet sürücüsü həyatını itirib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, bu hadisədə 19 yaşlı gənc həyatını itirib.
"Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər", - məlumatda qeyd olunub.