Menyu

Azərbaycanda saathesabı əmək müqaviləsi ilkin mərhələdə kimlərə şamil olunacaq?

Operativ Media
Azərbaycanda saathesabı əmək müqaviləsi ilkin mərhələdə kimlərə şamil olunacaq?
Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökumətin müzakirəsinə təqdim olunub.

Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

O, layihənin həyata keçirilməsi üçün diqqətlə planlaşdırılmış addımların olduğunu vurğulayıb.

“Bir çox ölkələrdə əmək haqqı həm aylıq, həm də saathesabı sistem üzrə müəyyən edilir. Azərbaycanda isə ilkin mərhələdə saathesabı əmək müqaviləsi yalnız natamam əmək müqaviləsi və 1 aylıq müqavilələrlə işləyən işçilərə tətbiq olunacaq”, – deyə V.Quliyev əlavə edib.

Əlaqəli Xəbərlər