Menyu

Azərbaycanda əməyin mühafizəsi sahəsində daha 60 standart tətbiq olunacaq

Şəfa Hüseynli
Azərbaycanda əməyin mühafizəsi sahəsində daha 60 standart tətbiq olunacaq
1 dəq oxu

Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb

Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 167 standard tətbiq edilir:

"110 yeni dövlət standartı qəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb".

"Azərbaycanda cari il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur", - deyə V.Quliyev qeyd edib.

Əlaqəli Xəbərlər