Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilərmi? - AÇIQLAMA
Şəfa Hüseynli
"Əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur".
Operativ Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz:
"Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır".