Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb
Operativ Media
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.