Yardımlıda üç kəndin elektrik təchizatı bərpa olunub

"Ölkə ərazisinə yağan güclü qar nəticəsində Yardımlı rayonunun üç kəndində elektrik enerjisinin verilməsində yaranan problem artıq tam aradan qaldırılıb".
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq"ASC-dən məlumat verilib.
Qeyd olunub ki, iki gündür dağ kəndlərinə yağan güclü qar səbəbindən sıradan çıxan elektrik xətlərinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
"Yolların bağlı olması müəyyən ərazilərə gedib çatmaqda çətinlik yaratsa da, əməkdaşlarımız problemin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə ediblər. Bu gün də gün ərzində, qurumun qəza xidməti əməkdaşları ərazidə lazım olan bütün tədbirləri görüblər və saat 18:30-da Yardımlı rayonunun Zevin kəndi istiqamətindəki kəndlərə elektrik enerjisinin verilməsi tam təmin olunub", - deyə məlumatda bildirilir.