Menyu

Yanvarın 24-də Azərbaycanda hava əsasən yağmursuz olacaq

Operativ Media
Yanvarın 24-də Azərbaycanda hava əsasən yağmursuz olacaq

Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olması ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.


Əlaqəli Xəbərlər