13 Mart 2023, 21:39
Almaniya ordusunun baş müfəttişi işdən çıxarılacaq
Almaniya ordusunun baş müfəttişi işdən çıxarılacaq şəkil
Almaniya ordusunun baş müfəttişi işdən çıxarılacaq

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı mübahisəli açıqlamasından sonra silahlı qüvvələrin rəhbərini dəyişmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə AFP Almaniya hərbi idarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, general Eberhard Zorn Almaniya ordusunun baş müfəttişi vəzifəsindən azad ediləcək, onu general-mayor Karsten Breuer əvəz edəcək.

63 yaşlı Zorn 2018-ci ildən bu vəzifəni icra edir. Ötən ilin sentyabrında o, Ukrayna hərbçilərinin Rusiya qüvvələrinə tam müqavimət göstərmək qabiliyyətini şübhə altına almışdı.

“Focus” jurnalına müsahibəsində o bildirib ki, Ukrayna geniş cəbhədə Rusiyanı geri çəkə bilməyən əks-hücumlar həyata keçirir.

Son xəbərlər
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər