Ötən il ipoteka krediti ilə ev alan ailələrin sayı açıqlanıb
2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən ümumilikdə 442,8 milyon manat məbləğində 4 309 ipoteka krediti verilib. Bunlardan 347,2 milyon manat 3 153 adi ipoteka krediti, 95,6 milyon manat isə 1 156 güzəştli ipoteka krediti təşkil edib.
Operativ Media-nın Fonda istinadən verdiyi xəbərə görə, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin ümumi həcmi 3,76 milyard manatı ötüb. Bu kreditlər 56 800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb.
Şəxsi yığımları kifayət qədər olmayan vətəndaşların daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə Fond 1 yanvar 2026-cı il tarixinədək 139,9 milyon manat məbləğində 1 490 ipoteka krediti üzrə zəmanət verib.
Məlumata görə, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələr, təxminən 22 faizi isə regionların payına düşüb.
dəqiqələr içində saytın olsun.