Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər tutulub

Ötən il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.
Qeyd edilib ki, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adamöldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərərvurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.