Ağbənd körpüsünün istifadəyə veriləcəyi vaxt açıqlanıb

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün Novruz bayramı ərəfəsində istifadəyə veriləcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə Bakıda keçirdiyi mətbuat konfrasında məlumat verib.
Vahid Cəlalzadə qeyd edib ki, hazırda körpü və ətraf ərazilərdə infrastruktur işləri intensiv şəkildə davam etdirilir:
“Belə ki, layihə çərçivəsində dörd zolaqlı avtomobil yolunun salınması üzrə tikinti işləri aparılır. Azərbaycan tərəfi Araz dəhlizində həyata keçirilən layihələrə xüsusi maraq göstərir. Ağbənd körpüsünün istismara verilməsi iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və regional əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”.