Sosial şəbəkələrdə yayılan görüntülərdə saxta “krevetka” satıldığı iddia olunub.
Operativ Media xəbər verir ki, iddialara görə, alınan məhsul kağızdan hazırlanıb.
Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparıb.
Yoxlama zamanı 28 kq dondurulmuş krevetkadan nümunələr götürülərək laborator müayinəyə göndərilib, həmçinin sənədsiz və düzgün markalanmayan 30 kq yerli krevetka satışdan çıxarılıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.