Menyu

Sabah hava necə olacaq? - PROQNOZ

Operativ Media
Sabah hava necə olacaq? - PROQNOZ
Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi yerlərdə çiskinli yağış ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış ehtimalı mövcuddur. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı və qar yağacağı, Lənkəran-Astara zonasında isə intensiv yağıntı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq, qərb küləyi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda isə gecə 6-11 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimal olunur.

Əlaqəli Xəbərlər