Menyu

Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib

Operativ Media
Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib

Polis əməkdaşları "TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxsi saxlayıb.

Operativ Media xəbər verir ki, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər