AZAL işçi axtarır - VAKANSİYA
Operativ Media

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Hava Limanında Sərnişin təcrübəsi və layihə idarəetməsi istiqaməti üzrə vakansiya elan edib.
Operativ Media xəbər verir ki, namizəd sərnişin yol xəritələrinin və xidmət sxemlərinin hazırlanması, sərnişin təcrübəsinin yaxşılaşdırılması layihələrinin idarə edilməsi, rəqəmsal kanallar üzrə UX təhlili, eləcə də müvafiq bölmələrlə koordinasiya işlərinə cavabdeh olacaq.
Vakansiya üzrə ali təhsil, Azərbaycan və ingilis dillərini mükəmməl bilmək, layihə idarəetməsi üzrə azı 3 il iş təcrübəsi, UX/CX metodologiyaları üzrə biliklər tələb olunur.
İş rejimi 5 günlük, 09:00–18:00, iş yeri isə Heydər Əliyev Beynəlxalq Hava Limanıdır.