Menyu

Paytaxtda yeni parklanma yerləri təşkil edilib

Operativ Media
Paytaxtda yeni parklanma yerləri təşkil edilib

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.

Operativ Media-ya  bu barədə AYNA-dan məlumat verilib.

Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.


Fotogalereya

Əlaqəli Xəbərlər