Ötən il 226 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib
Operativ Media

2025-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycanda 226 hektar torpaq sahəsinin kateqoriyasını dəyişdirib.
Operativ Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Qurum xatırladıb ki, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanının icrası çərçivəsində ötən il istifadəyə verilmiş "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması" elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçirilir.