Menyu

AQTA Özbəkistandan gətirilən qida məhsullarında uyğunsuzluq aşkarlayıb

Operativ Media
AQTA Özbəkistandan gətirilən qida məhsullarında uyğunsuzluq aşkarlayıb

Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi "İmronxon Umarxon Biznes" şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və "İspanza Oq Kishmish Uzumlari" şirkətinin istehsalı olan 288 kq halva məhsulundan AQTA müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər