Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar dəyişib
Operativ Media
Nazirlər Kabineti 5 iyul 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"da dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, bundan sonra tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və yaxud əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən 3 iş günü müddətində deyil, qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.