Menyu

ADY və Türkiyə Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Operativ Media
ADY və Türkiyə Dəmir Yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

QSC-dən Operativ Media-ya verilən məlumata görə, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Əlaqəli Xəbərlər