Menyu

Metronun Dərnəgül deposunda işlər 2027-ci ildə tamamlanacaq

Operativ Media
Metronun Dərnəgül deposunda işlər 2027-ci ildə tamamlanacaq

Bakı metrosunun Dərnəgül deposunda işlər 2027-ci ildə tamamlanacaq.

 Operativ Mediaxəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə imzalanmış proqrama uyğun olaraq, uzun illərdən sonra "Dərnəgül" elektrik deposunun inşası davam etdirilib: "28 May" stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, "İçərişəhər" stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. "Həzi Aslanov" stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb".

O qeyd edib ki, 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq: "Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib".

Əlaqəli Xəbərlər