Uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub
Operativ Media
Azərbaycanda uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsi təklif olunub.
Operativ Media xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur:
"Bu, bir çox ölkələrdə uşaqlara qadağan edilib. Bəzi ölkələrdə uşaqların hansı filmləri izləyib-izləyəməcəyi də tənzimlənib. Ancaq Azərbaycanda bu cür məsələlər tənzimlənməyib. Bununla bağlı dinləmə keçirmək, aidiyyəti qurumları dəvət edərək müzakirə aparmaq olar".