Baş Prokurorluq öz adına olan kartları başqasına verənlərə xəbərdarlıq edir

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri – bank kartlarının “drop” kimi istifadəsidir. Yəni bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.
Operativ Media-ya bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparıldıqda, bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır.
"Unutmayın:
Kart məlumatları gizli saxlanmalıdır.
Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.
Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri tələlərə aldanmayın.
Bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir.
Hər birinizdən xahiş edirik — özünüzü, kartınızı, maliyyə təhlükəsizliyinizi qoruyun!
Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanları ilə və ya bankınızla əlaqə saxlayın".- məlumatda qeyd edilib.