Rəşad Nəbiyev beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri ilə görüşüb
Operativ Media
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazirin "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
Məlumata görə, görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda daşıyıcıların təklifləri dinlənilib və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımlar müzakirə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net