Menyu

Qatarların qrafik üzrə hərəkəti bərpa olunub - YENİLƏNİB

Operativ Media
Qatarların qrafik üzrə hərəkəti bərpa olunub - YENİLƏNİB
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Bu barədə Operativ Media-ya Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik."

17:43

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. 

Bakı Metropoliteni" QSC-dən Operativ Media-ya verilən məlumata görə, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. 

Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

***
17:33

Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə Operativ Media-ya Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.

Əlaqəli Xəbərlər