Ucarda avtomat satmaq istəyən şəxs tutulub
Operativ Media
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net