Menyu

76 və 78 nömrəli marşrutlar yenilənir

Operativ Media
76 və 78 nömrəli marşrutlar yenilənir

Daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək. 

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. 

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Əlaqəli Xəbərlər