https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

Azərbaycan Prezidenti: Bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır

14 Mart 2023 , 19:24
17
Azərbaycan Prezidenti: Bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır

Bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalanmalıdır.

"Operativ Media"  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Hazırda Azərbaycan qazının Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırıldığını vurğulayan dövlətimizin başçısı qazın bu ildən başlayaraq Rumıniyaya çatdırılmasına başlandığını qeyd edərək deyib: “Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması ilə bağlı və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr arasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var”.

OXŞAR XƏBƏRLƏR
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib

İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu