Menyu

Milli.Az 16 yaşını qeyd edir

Operativ Media
Milli.Az 16 yaşını qeyd edir

Bu gün Milli.Az xəbər portalının yaranma günüdür.

Operativ Media xəbər verir ki, portalın 16 yaşı tamam olur.

2010-cu ilin fevralın 1-də fəaliyyətə başlayan sayt qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Yarandıqdan qısa müddət sonra populyarlaşaraq ölkənin aparıcı media subyektlərindən birinə çevrilib.

Portal gün ərzində ölkədə və dünyada baş verən ən son yeniliklərlə oxucuları operativ şəkildə məlumatlandırır.

Milli.Az 16 illik fəaliyyəti ərzində daha çox böyüyüb və daha geniş auditoriyanın etimadını qazanmağı bacarıb.

Milli.Az-ın baş redaktoru tanınmış jurnalist Asif Mehmandır.

Operativ Media-nın kollektivi Milli.Az-da çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Əlaqəli Xəbərlər