Qaxda minik avtomobilləri toqquşub
Operativ Media
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəza Qax–Zaqatala avtomobil yolunun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “Mitsubishi” avtomobilində olan sərnişin — 1961-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Rafiq Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net