Ana səhifə / Dünya / Xarkovda 6 ay gizlənən rus hərbçi saxlanılıb Xarkovda 6 ay gizlənən rus hərbçi saxlanılıb 14.03.2023, 20:04 Ukrayna Milli Polisi Xarkov vilayətinin Kupyansk bölgəsində 42 yaşlı rusiyalı hərbçini yaxalayıb. "Operativ Media" xəbər verir ki, adı açıqlanmayan mülki geyimdə olan hərbçi patrul xidməti tərəfindən saxlanılıb. O, Rusiyanın 27-ci motoatıcı briqadasında xidmət etdiyini və Moskva vilayətində yaşadığını bildirib. Hərbçi son altı ay ərzində Kupyanskın özündə və ətrafında tərk edilmiş evlərdə gizləndiyini deyib. Teqlər: "Xarkovda 6 ay gizlənən rus hərbçi saxlanılıb"