Menyu

Gömrük sərhədindən güzəştli qaydada keçirilən malların siyahısı genişləndirilib

Operativ Media
Gömrük sərhədindən güzəştli qaydada keçirilən malların siyahısı genişləndirilib

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bundan sonra Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənlənmiş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün olacaq.

Əlaqəli Xəbərlər