Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi təklif olunur
Operativ Media
Azərbaycanda Sahibkarlıq Məcəlləsi qəbul edilməlidir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.
"Neftə əsaslanan iqtisadi modeldən qeyri-neft sektorunun üstün olduğu iqtisadi modelə keçiddə qarşıya qoyduğumuz hədəflərə nail olmağın mühüm şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu da mükəmməl bir qanunvericilik sənədinin ortaya qoyulmasını zəruri edir. İndiyə qədər sahibkarlıqla bağlı qəbul olunmuş qanunlar iqtisadi inkişafın müxtəlif mərhələlərini əhatə edib. Həmin qanunvericilik sənədlərinin əsasında, amma daha mükəmməl bir variantda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edirəm. Bu, ümumi işin xeyrinə olacaq", - deyə o qeyd edib.