Menyu

Kafe və restoranlarda servis haqqı ləğv edilməlidirmi? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Kafe və restoranlarda servis haqqı ləğv edilməlidirmi? - AÇIQLAMA

Qonşu Türkiyədə kafe və restoranlarda sevis haqqının ləğv edilməsi Azərbaycanda da bu məsələni gündəmə gətirib.

Kafe və restoranlarda servis haqqı ləğv edilməlidirmi?

Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi danışıb.

O bildirib ki, hazırkı qanunvericiliyə əsasən servis haqqının tətbiqi mümkündür, lakin bunun əsas şərti müştərinin əvvəlcədən və aydın şəkildə məlumatlandırılmasıdır:

“Hüquqi baxımdan burada əsas prinsip istehlakçının məlumatlandırılmış seçim hüququdur. Mənəvi baxımdan isə söhbət etimaddan və qarşılıqlı hörmətdən gedir.

Beynəlxalq təcrübə göstərir ki, xidmət xərclərinin birbaşa menyu qiymətlərinə daxil edilməsi modeli daha şəffaf və anlaşılan yanaşmadır. Bu yanaşma həm müştəri məmnuniyyətini artırır, həm də turizm ölkəsi kimi Azərbaycanın imicinə müsbət təsir göstərir.

Assosiasiya olaraq hesab edirik ki, istənilən dəyişiklik mərhələli, dialoq əsasında və biznesin reallıqları nəzərə alınmaqla aparılmalıdır. Məqsəd restoranlara əlavə yük yaratmaq deyil, xidmət mədəniyyətini daha da təkmilləşdirmək, bazarda sağlam rəqabəti və istehlakçı etimadını gücləndirməkdir".

"Biz bu prosesi qonaqpərvərlik sektorunun daha müasir, daha açıq və beynəlxalq standartlara uyğun inkişafı üçün fürsət kimi görürük”, - deyə sədr qeyd edib.


Əlaqəli Xəbərlər