Menyu

“Meta” daha 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır

“Meta” daha 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır
1 dəq oxu

“Meta” platforması əlavə olaraq 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu “Meta”nın Baş İcraçı Direktoru (CEO) Mark Zukerberq deyib.

O, aprelin sonunda texnologiya qruplarında, mayın sonunda isə biznes qruplarında işdən çıxarılma olacağını qeyd edib.

"Meta" rəhbəri çətin bir mühitdə maliyyə göstəricilərini yaxşılaşdırmağı hədəflədiyini bildirib.

Zukerberq stresli qeyri-müəyyənlik dövrünün geridə qalacağını vurğulayıb.

Əlaqəli Xəbərlər