Xalqbank tariflərində dəyişiklik edir - FOTO
Operativ Media
2026-cı il martın 3-dən etibarən “Xalqbank” ödəniş kartları üzrə tariflər dəyişdirilir.
Operativ Media xəbər verir ki, ölkədaxili bank kartları arasında “Card to Card” köçürmələrinə 1 faiz komissiya tətbiq ediləcək.
Minimum komissiya 0,20 AZN/USD/EUR/GBP olacaq.
Bəzi kartlar üzrə aylıq limit daxilində komissiya tutulmayacaq.
Belə ki, Xalqkart Petrol MC World və Xalqkart Cashback Visa Rewards kartları ilə 3 000 AZN-dək, BCR Co-brand kartları ilə isə 5 000 AZN-dək köçürmələr komissiyasızdır.
ASC “Xalq” Bankının ATM və şöbələrindən nağd vəsaitin çıxarılması zamanı da 1 faiz (minimum 1 AZN/USD/EUR/GBP) komissiya tutulacaq.
Qeyd edək ki, əməkhaqqı və depozit kartları bu tarifdən azaddır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
