ABŞ və Böyük Britaniya Rusiya sərhədindən 100 km məsafədə təlimlərə tanklar göndəriblər
Şəfa Hüseynli
ABŞ və Böyük Britaniya silahlı qüvvələri Rusiya sərhədindən 100 kilometr aralıda yerləşən Estoniyada hərbi təlimlər üçün "M1A2 Abrams" və "Challenger 2" tanklarını yerləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
Bildirilib ki, döyüş maşınları Tapa şəhəri yaxınlığında keçiriləcək NATO Qış Düşərgəsi təlimlərində istifadə olunacaq. Qoşunlar aşağı temperaturda və məhdud görünürlük şəraitində manevrlər həyata keçirəcəklər.