19 Oktyabr 2022, 12:17
Xerson əhalisinin bir hissəsi köçürülür
Xerson əhalisinin bir hissəsi köçürülür şəkil
Xerson əhalisinin bir hissəsi köçürülür

Rusiyanın Ukraynanın Xerson vilayətinin 50-60 min sakinini Dnepr çayının sol sahilinə köçürür.

“Operativ Media ” TASS-a istinadən xəbər verir ki, köçürülmə 6 gün ərzində başa çatacaq.

Bölgədən köçürülənlərin “Rusiya vətəndaşları” olduğu bildirilir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb.

Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

Ukrayna ordusu son günlər Xersonun azad olunması üçün əməliyyatlarını genişləndirib.

Son xəbərlər
İsrail Livanda “Hizbullah”ın obyektlərinə zərbələr endirib
ABŞ-də güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb