16 Mart 2023, 09:42
Şimali Koreya uzaqmənzilli ballistik raketi sınaqdan keçirib
Şimali Koreya uzaqmənzilli ballistik raketi sınaqdan keçirib şəkil
Şimali Koreya uzaqmənzilli ballistik raketi sınaqdan keçirib

Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində uzaqmənzilli ballistik raket atdığını bildirib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı uzun mənzilli ballistik raketin yerli vaxtla saat 07:10-da paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən buraxıldığını açıqlayıb.

Yaponiya Müdafiə Nazirliyi havada 1000 kilometr məsafə qət edən raketin 6 min kilometr yüksəkliyə çatdığını və yerli vaxtla saat 08:20-də Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü təsdiqləyib.

Raketin şimaldakı Hokkaydonun qərb sahilindəki Oşima-Oşima adasından 200 kilometr qərbə düşdüyü və sözügedən ərazidə davam edən elementlərə heç bir zərərin olmadığı bildirilib..

Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, raket sınağından sonra Yaponiya regional sülh və sabitlik üçün müttəfiqləri ilə daha yaxından işləməyə davam edəcək.

 

Son xəbərlər
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb