https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Rusiya XİN: Rusiya sülhməramlıları hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın

16 Mart 2023 , 19:33
16
Rusiya XİN: Rusiya sülhməramlıları hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın

Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatda dəqiq yazılıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Kommersant” nəşrinin müxbirinin “Nikol Paşinyan deyib ki, “Rusiya Dağlıq Qarabağın təhlükəsizliyinin zəmanətçisidir”. Rusiya XİN üçtərəfli bəyanatda həmin qeydin olmamasına baxmayaraq, bu təsdiqi düzgün hesab edirmi?” sualına cavabında bildirib.

“Mənə elə gəlir ki, burada heç nəyi uydurmaq lazım deyil. Ölkəmizin üzərinə düşən bütün öhdəliklər dəqiq yazılıb. Siz buna düzgün diqqət yetirmisiniz. Bu öhdəliklər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında yazılıb. Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, hansı öhdəliyi ölkəmiz üzərinə götürüb, hansını yox. Bu qədər. Rusiya sülhməramlıları ondan asılı olan hər şeyi edir ki, eskalasiya, yerdə gərginlik olmasın. Bunu öz məsul olduğu zonada edir. Əlbəttə ki, burada bir çox şey bütün tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. Hesab edirik ki, bu bəyanatlar konstruktiv olmalıdır və məqsədi ümumi uğur olmalıdır. Biz Ermənistan tərəfinin bəyanatlarına 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Ona görə də, biz Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”, - Rusiya XİN sözçüsü vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib

Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib

Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb

Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb

Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib

Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu