https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

NATO Baş katibi: Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayıram

17 Mart 2023 , 19:33
13
NATO Baş katibi: Türkiyənin Finlandiya ilə bağlı qərarını alqışlayıram

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin Finlandiyanın ratifikasiya prosesini başlatmasına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, NATO Baş katibi bununla bağlı bəyanat yayıb.

"Mən Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı bugünkü qərarını alqışlayıram. Bu, Finlandiyanın təhlükəsizliyini, İsveçin təhlükəsizliyini və NATO-nun təhlükəsizliyini gücləndirəcək. Ümid edirəm ki, Türkiyə Böyük Millət Məclisi ən qısa zamanda ratifikasiya prosesini tamamlayacaq".

NATO Baş katibi bəyanatında bildirib ki, ötən ilin iyun ayında Madriddə keçirilən NATO Sammitində bütün müttəfiqlər Finlandiya və İsveçi ittifaqa qoşulmağa dəvət etmək barədə tarixi qərar qəbul etdilər. " O vaxtdan bəri biz NATO-nun müasir tarixində ən sürətli ratifikasiya prosesinin şahidi olduq.

Təhlükəsizliyimiz üçün kritik bir zamanda bu, ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", Stoltenberq vurğulayıb.

Bir müddət əvvəl Türkiyəyə səfərini və prezident Ərdoğanla görüşünü xatırladan Stoltenberq bildirib ki, Türkiyə Prezidenti ilə o, NATO-nun mənzil-qərargahında Türkiyə, Finlandiya və İsveçin görüşünün keçirilməsi barədə razılığa gəldilər: "Keçən həftə keçirilən görüşdə hamı etiraf etdi ki, Madriddə imzalanmış üçtərəfli memorandumun həyata keçirilməsində xeyli irəliləyiş əldə olunub və Finlandiya və İsveç üçün sürətli ratifikasiya hamının marağındadır. Ən əsası odur ki, həm Finlandiya, həm də İsveç NATO-ya eyni vaxtda daxil olub-olmaması deyil, tez bir zamanda tamhüquqlu üzv olmasıdır. Keçən il həm Finlandiyanı, həm də İsveçi dəvət etmək qərarı onların NATO ilə əlaqələrini əsaslı şəkildə gücləndirdi. Nəticədə onların təhlükəsizliyi xeyli artıb".

Stoltenberq deyib ki, bu iki ölkə NATO masası ətrafında oturur, alyansın siyasi və hərbi strukturlarına inteqrasiya edir, müttəfiqlərlə daha çox təlimlərdə iştirak edirlər: "Hər iki ölkə bir çox NATO ölkələrindən, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan ikitərəfli təhlükəsizlik zəmanəti alıb. Beləliklə, nə Finlandiya, nə də İsveç hücuma məruz qalsa, NATO-nun cavab verməyəcəyi məntiqsizdir. Onların təhlükəsizliyi NATO üçün vacibdir. Mən üzvlük prosesinin tezliklə başa çatmasını və həm Finlandiyanı, həm də İsveçi NATO ailəsinə ən qısa zamanda tamhüquqlu üzv kimi qəbul etməyi səbirsizliklə gözləyirəm".

OXŞAR XƏBƏRLƏR
Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb

Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb

Roma Papası xəstəxanaya yerləşdirilib

Roma Papası xəstəxanaya yerləşdirilib

Azərbaycanla İsrail arasında 200 milyon dollarlıq investisiya sənədi imzalanacaq

Azərbaycanla İsrail arasında 200 milyon dollarlıq investisiya sənədi imzalanacaq

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu