https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Putinin həbsinə order verilib

17 Mart 2023 , 19:59
17
Putinin həbsinə order verilib

Beynəlxalq Cinayət Məhkəməsi (BƏM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub. Bildirilib ki, BƏM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Məhkəmə həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

OXŞAR XƏBƏRLƏR
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır

İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib

İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

Brazilya prezidentinin Çin səfəri təxirə salınıb

XƏBƏR LENTİ 0
  • 22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • 22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • 21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • 21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • 20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • 20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • 20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • 19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu